ŞMP BORULARIN BİRLƏŞMƏ NÖVLƏRİ
“Azkompozit” ŞMP boruları EPDM kipləşdirici halqalı və ya halqasız müxtəlif birləşmə sistemləri vasitəsi ilə bir-birinə birləşdirilir.
Boru birləşmələri ASTM D 4161 standartının sərt tələblərinə cavab verir.
Boru birləşməsinin əsas növü nippel-bilərzikdir, əlavə olaraq, aşağıda göstərilən bir sıra birləşmələrdən də istifadə oluna bilər:
1. Nominal təzyiqi 6 atm-ə qədər olan boru birləşmələri üçün tək kipkəcli nippel-bilərzik birləşməsi.
2. Nominal təzyiqi 6 atm-dən çox olan boru birləşmələri üçün cüt kipkəcli nippel-bilərzik birləşməsi.
3. Xüsusi hallarda (magistral yolların kəsişməsində gilizlərdən keçirilən su boru xəttlərində və qapalı dövriyyə sistemlərində) sərt birləşmələrdən (laminasiya) də istifadə olunur.
4. ŞMP boruların digər materiallardan hazırlanmış borularla və ya avadanlıqla birləşdirilməsi üçün əsasən flanslı birləşmələrdən istifadə olunur.
|